13 Sentyabr 2024
Ölkə futbolu

Öncə Qurbanov, sonra Yakiroviç

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun mətbuat konfransı avqustun 27-si saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

18:00-da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43