19 Sentyabr 2024
Ölkə futbolu

Öncə Sadıqov, sonra Yuri Qura

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” matçından əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq iyulun 17-də, saat 17:30-da “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı baş tutacaq.

Bir saat sonra isə “Şerif”in çalışdırıcısı Yuri Qura mətbuat konfransında jurnalistlər önünə çıxacaq. 

“Zirə”nin media üçün açıq məşqi saat 18:45-də “Qarabağ Arena”da, “Şerif”in məşqi isə 19:00-da “Dalğa Arena”da keçiriləcək.

Hər iki mətbuat konfransı “Dalğa Arena”da baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43