Kateqoriyasız

Öncə “İnter”, sonra “Qarabağ”

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sabah keçiriləcək “İnter” – “Qarabağ” oyunu öncəsi baş məşqçilərin mətbuat konfranslarının  və komandaların açıq məşqlərinin vaxtı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, ilk olaraq jurnalistlər önünə Milan klubunun çalışdırıcısı Valter Matsarri çıxacaq.

Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq mətbuat konfransından 2 saat sonra isə (18:30)-da isə Milan təmsilçisinin açıq məşqi olacaq.  Bakı vaxtı ilə saat 22:00-da isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  jurnalistlər önünə çıxacaq. Saat 22:30-da isə “Qarabağ” son məşqini keçəcək.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı sabah gecə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43