Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` – `İnter` oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşmişdir.
İdmanxeber.com-un məlumatına görə, dekabrın 10-da 18:00-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.`Qarabağ`ın oyunöncəsi məşqi isə 18:30-da başlayacaq.
`İnter`nin baş məşqçisi Roberto Mancini isə 20:00-da mətbuat konfransına çıxacaq. İtalyanların məşqi isə 20:30-da start götürəcək.
Xatıradaq ki, `Qarabağ` – `İnter` oyunu dekabrın 11-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.