Premyer Liqanın X turu çərçivəsində sabah “Sumqayıt” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.
İdmanxeber.com xəbər verir ki, komandanın son hazırlığı “Fırtınalar meydanı”nda saat 16:00-da başlayacaq. Qonaq komanda eyni məkanda saat 17:00-da məşqə çıxacaq.