Kateqoriyasız

“Ondan gözləntilərimiz böyükdü” – Ayxan Abbasov

Premyer Liqanın V turu çərçivəsində “Sumqayıt” səfərdə “Qarabağ”a uduzub – 0:1.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

– Bura məğlub olmağa gəlməmişdik. Bilirdik ki, “Qarabağ” səhvləri bağışlamır. Ancaq futbolda belə şeylər tez-tez olur. İkinci hissədə komandadan razı qaldım. Bəlkə də bir qol vura bilsəydik sonluq başqa cür ola bilərdi. Komandanın potensialı var.

– Oyun sonlarında “Qarabağ”ın mərkəz müdafiəçisi zədələndi. Komanda daha çox hava topları ilə üstünlük qazana bilərdi, ancaq…

Oyuna diqqətlə baxsaq, Emil Balayev bir neçə dəfə zədələndi. Demək ki, onların cərimə meydançasında mübarizə oldu.

– Yeni hücumçudan gözləntiləriniz nedi?

Bilirsiz ki, Əli Qurbanı ötən mövsüm zədələndi və biz pis durumda qaldıq. Yeni hücumçumuzdan gozləntimiz çoxdu. Onu yaxından izləmişik. Cərimə meydançasında yaxşı çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43