Kateqoriyasız

O`Nil jurnalistlər önünə çıxır

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının mətbuat üçün açıq məşqinin və baş məşqçinin mətbuat konfransının vaxtı müəyyənləşib.

AFFA-nın rəsmi saytına istinadən verdiyimiz məlumata görə, sabah saat 16:00-da jurnalistlərin suallarını cavablandıracaq Maykl O’Nil 3 saat sonra komandasını məşqə çıxaracaq.

10 oktyabr, saat 16:00

Baş məşqçi Maykl O’Nilin mətbuat konfransı

10 oktyabr, saat 19:00

Şimali İrlandiya yığmasının mətbuat üçün ilk 15 dəqiqəsi açıq məşqi – 8-ci km qəsəbə stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43