19 Fevral 2025
Kateqoriyasız

Onlar “Neftçi”ni Gürcüstanda tək qoymayacaqlar

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 7-də səfərdə Gürcüstanın “Çixura” komandası ilə cavab matçına çıxacaq “Neftçi” sözügedən ölkədə dəstəksiz qalmayacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubuna dəstək olmaq üçün “Sector 11” azad azarkeş qrupu Gürcüstana yollanacaq.

Hələlik səfərə gedəcək azarkeşlərin sayı tam olaraq bəlli deyil. Ancaq “Neftçi”nin “Çixura” ilə cavab görüşündə dəstəksiz qalmayacağı dəqiqdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43