08 Sentyabr 2024
Kateqoriyasız

Onlar QAYIDIR! – FOTO

Bir müddətdir ki, fəaliyyətini dayandıran "Sector 11" azad azarkeş qrupu ərpa olunur.

Bu barədə idmanxeber.com-a qrupun rəhbəri Elnur Şərifli deyib. O, saytımıza açıqlamasında bunları deyib:

"Qərar verdik ki, "Sector 11"i bərpa edək. Bildiyiniz kimi əsas problemimiz maliyyə məsələsi idi, istədiyimiz planları həyata keçirməyimiz üçün maneçilik törədirdi. Amma üzvlər hamısı söz verdilər və bundan sonra aylıq hər kəsdən üzvlük haqqı alınacaq".

E.Şərifli gələcək planları haqda da danışıb:

"Saytımız sector11.az hazırda fəaliyyətinə başlayıb. Tezliklə saytımızdan yeni atributlarımızın satışına başlayacağıq və avrokuboklara qədər yalnız hazırlıqlar görəcəyik. Yayda avrokuboklarda qayıdışımızla bağlı möhtəşəm bir xoreoqrafiya şousu edəcəyik. Yeni planlar üzərində işləyirik və bununla belə Avropadakı azarkeş qrupları ilə sıx əməkdaşlıq edirik. Tezliklə Avropadan tanınmış azarkeş qrupları ilə də dostluq əlaqələri quracağıq".

"Sector 11"-in yeni loqosu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43