Kateqoriyasız

“Onlar qayıtdılar, yenidən birlikdəyik” – UEFA-nın prezidenti

UEFA-nın prezidenti Aleksander Çeferin İngiltərə klublarının Superliqa layihəsindən geri çəkilmələri ilə bağlı fikirlərini bölüşüb.

O, BBC-yə açıqlamasında ingilis klublarının böyük təsiredici qüvvəyə malik olduğunu bildirib:

“Onlar qayıtdılar. Bu klublar təkcə bizim turnirlərə deyil, bütün Avropa futboluna çox şey təklif edəcək gücdədir. Əsas odur ki, davam edirik. Yenidən birlikdəyik və birgə irəliləyirik”.

Xatırladaq ki, 12 nəhəng klub – “Çelsi”, “Arsenal”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Real”, “Atletiko”, “Barselona”, “Yuventus”, “Milan”, “İnter” və “Tottenhem” bir neçə gün əvvəl Avropa Superliqasını yaratdıqlarını elan etmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azarkeşləri “Qəbələ” və “Səbail”i ziyana saldı

admin

“Keşlə”də yeni müqavilə

admin

“Neftçi” – “Arsenal”: heyətlər açıqlandı

admin