22 Oktyabr 2024
Kateqoriyasız

“Onu heç kim ölümlə hədələməyib və bunu sübut etmək çox asandır”

“Biz Natiq Muxtarlı ilə sadəcə görüşüb söhbət etmişik ki, sosial şəbəkədə təhqiramiz ifadələri dayandırsın. Onu heç kim ölümlə hədələməyib və bunu sübut etmək çox asandır”, – deyə ANS TV-nin idman jurnalisti Xəyal Azəroğlu idman jurnalisti Natiq Muxtarlının müxtəlif KİV-lərdə onun haqqında dediklərinə açıqlıq gətirərkən ANS PRESS-ə bildirib.

“Sadəcə, o, mənim haqqımda sosial şəbəkədə söyüş işlətmişdi, səhifəmə söyüş yazmışdı və məsələyə qadınları qarışdırmışdı. Mən onunla görüşüb başa salmaq istədim ki, əsl kişi tənqid edən zaman insanları təhqir etməməlidir və məsələyə peşəkar yanaşmalıdır. Onun özünü reklam xatirinə bizə böhtan atacağını əvvəlcədən nəzərə almışdım və görüç üçün kamera olan yeri seçmişdim. Yəni bizim söhbətimiz ərazidəki kameralar tərəfindən çəkilib və Natiqin dedikləri sadəcə böhtandır. Onu ölümlə hədələyən olmayıb”.

Qeyd edək ki, jurnalist Natiq Muxtarlı bir qədər öncə KİV-lərə müsahibə verərək ANS-in idman jurnalisti Xəyal Azəroğlunun onu ölümlə hədələdiyini bildirmişdi.

ANS PRESS


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43