21 Fevral 2025
Ölkə futbolu

Onun gözü yolda – “Qarabağ”ın məşqçilər korpusu qərar verməkdə tələsmir

Yayda yenidən “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyevin Ağdam klubunda qalıb-qalmayacağı sual altındadı.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” hələ də təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib.

Yayda Türkiyənin “Adana Demirspor” klubundan ayrılaraq yenidən “Qarabağ”a dönən qolkiper yeni sözləşmə təklif olunacağı təqdirdə komandada qalmağı düşünür. Ancaq “Qarabağ”ın məşqçilər korpusu qapıçı ilə bağlı son sözü rəhbərliyə deməyib.

Millimizin də şərəfini qoruyan qapıçının klubla mövcud müqaviləsi yayda başa çatır.

Qeyd edək ki, Məhəmmədəliyev 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43