Kateqoriyasız

Onun “Qarabağ”da 100-cü oyunu

Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XII turuna təsadüf edib. Ağdam klubuna keçməzdən öncə şərəfini qoruduğu “Qəbələ”yə qarşı matç onun üçün 100-cü olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb.

O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 qola imza atıb. Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 dəfə meydana çıxıb. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Qeyd edək ki, Filipin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43