İdman

“Onun rəqibin üstünə gedən və çevik idmançı olduğunu bilirdim”

“Döyüş ağır keçdi. Rəqibimi yaxşı analiz etmişdim. Onun rəqibin üstünə gedən və çevik idmançı olduğunu bilirdim. Buna görə də müdafiə taktikası seçdim ki, rəqibi yorub ani zərbələr endirim. Sevinirəm ki, istəyimə çatdım”.

İdmanxeber.com-un məlumatına görə, 69 kq çəki dərəcəsində yarımfinala yüksələn Pərviz Bağırov jurnalistlərə deyib.

Boksçumuz bildirib ki,  yarımfinaldakı rəqibi britaniyalı Coşi Kellini tanımır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43