Kateqoriyasız

“Onun üzündəki o ifadəni gördüm” – Mahir Emreli

“Praqadakı qarılaşma xüsusilə Tomaş Pekhart üçün önəmli idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləru Polşann “Legiya” klubunun üzvü Mahir Emreli Çexiya “Slaviya”sı ilə ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Millimizin futbolçusu “Slaviya” ilə ilk oyundan öncə zədələnərək meydana çıxa bilməyən çexiyalı forvard haqda danışarkən daha sonra sözlərinə belə davam edib:

“Pekhart sabiq klubuna qarşı oynamaq istəyirdi. Onun üzündəki o ifadəni – məyusluğu gördüm. Ona görə də vurduğum qolun sevincini onunla bölüşdüm. Sabah “Legiya” “Qarabağ”la oynasa, mən də dəlicəsinə meydanda olmaq istəyərəm. Baş məşqçimiz “Slaviya” ilə sabahkı görüşdə Tomaşı start heyətdə meydana buraxsa, mənim üçün heç bir problem olmayacaq. Bu qərarı başa düşəcəyəm”.

Mahir Emreli hücumçunun qol vurmasının ən vacib şey olmadığını bildirib: “Anlayıram ki, hücumçu qol vurmalıdır, amma fikrimcə, bu həmişə ən vacib şey deyil. Ən əsası komandamın qələbəsidir. Məsələn, Olivye Jiru dünya çempionatında qol vurmadı, amma Fransa çempionluğu qazandı. Həmin vaxt Jiru da milli komanda üçün əsas fiqur oldu. Fikrimcə, bugünkü futbolda hücumçunun vəzifələri qol vurmaqla bitmir”.

O, sonda Azərbaycan və Polşa çempionatlarını müqayisə edib: “Azərbaycan çempionatında yalnız bir rəqibimiz var idi. Polşada hər matç ağır keçir. Müdafiəçilər aqressiv oynayır, hər top üçün mübarizə aparırlar, fiziki cəhətdən çox hazırlıqlıdırlar. İndi kimin ölkə çempionu olacağını söyləmək çətindir, ekstraklassa çox rəqabətli bir yarışdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43