22 Oktyabr 2024
Ölkə futbolu

Orxan Məmmədov “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşdü

Qətərdə səfərdə olan “Zirə”nin idarə heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşüb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.

Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib. Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” – “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43