“Xəzər Lənkəran”ın gənc qapıçısı Orxan Sadıqlı azarkeşlərdən narazılığını bildirib.
Gənc əlcək ustası “facebook”da bunları yazıb: “Bəzi insanlara görə 1 həftədir girib sizlərlə söhbət edə bilmədim. Qapıdan hər top buraxanda o saat yazırlar ki, “nə oldu, niyə buraxdın, o topu tutmalıydın, sən zəifsən, güclü qapçı lazımdı”. Mən zəif ola bilərəm, amma hər zaman çalışıram oyunan oyuna yaxşı nəticə göstərim. Birdə ki topları mən istəyərək qapıdan buraxmıram. O ki qaldi bu sözləri deyənlərə, hər topu qapıdan buraxdığıma görə məni qınamaqdansa, mənə dəstək olun və heç nə yazmayın”!