Hal-hazırda Premyer Liqanın XII turu çərçivəsində “Neftçi” “Xəzər Lənkəran”i qəbul edir. Matç ev sahibi komandanın 2:0 üstünlüyü ilə davam edir.
Qarşılaşmada gərginlik son həddə çatıb. Belə ki, “Neftçi” azarkeşləri “Xəzər Lənkəran”ın qolkiperi Orxan Sadıqlının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Gənc qapıçı isə buna qarşılıq olaraq azarkeşləri alqışlayıb.