İdman

Orxan Səfərov “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində ilk günə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov mötəbər turnirin bürünc medalını qazanıb. Mükafatlandırma mərasimində cüdoçumuza medalı Azərbaycan Cüdo Federasiyasının prezedenti Rövnəq Abdullayev təqdim edib. Xatırladaq ki, Heydər Əliyev Adına İdman Sarayında keçirilən və “CBC Sport” kanalı vasitəsiylə canlı yayımlanan yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir.

Qeyd edək ki, turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43