“Zirə”nin Konfrans Liqası III təsnifat mərəhləsidəki rəqibi “Osiyek”in erməni futbolçusu Stepa Mkrtçyan Azərbaycana gəlməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya klubu futbolçunun təhlükəsizlik baxımından Bakıya gətirməməyə qərar verib.
Stepa Mkrtçyan “Zirə” ilə Xorvatiyadakı ilk oyunda əsas heyətdə yer alıb və 63 dəqiqə meydanda olub.
“Zirə” – “Osiyek” görüşü avqustun 15-i keçiriləcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.