İdman

Oslodakı növbəti qazancımız da bürünc oldu – Güləşdə

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq.) Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, onun rəqibi Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub. Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb – 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43