19 Sentyabr 2024
Ölkə futbolu

Ötən il AFFA-ya daxil olan vəsait açıqlandı

Ötən il AFFA-ya daxil olan vəsait açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, baş sponsor SOCAR olmaqla, FİFA, UEFA və digər təşkilarldan AFFA-ya daxil olan ümumi məbləğ 35 milyon 617 min 445 AZN təşkil edib. Bu məbləğin 36 faizi xarici mənbələr hesabına formalaşıb. 

Xərclər isə 27 milyon 957 min 622 AZN təşkil edir. Bura milli komandalar başda olmaqla, müxtəlif yaş qrupları üzrə komandaların əmək haqları, ezamiyyə xərcləri, aşağı liqaların keçirilməsi daxil edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43