26 Dekabr 2024
Kateqoriyasız

“Otaqdan çıxacağımız halda polis çağırılacağı bildirilib” – millimizin baş məşqçisi

“Dünəndən komandamızı karantinə alıblar. Heç yerə çıxmağa icazə verilmir. Qapıdan çölə çıxacağımız halda polis çağırılacağı bildirilib”.

Bu sözləri U-17 Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

Çalışdırıcı bunun futbolçulara pisxoloji olaraq pis təsir etdiyini bildirib: “Səhər yeməyimizi də otağımıza gətirdilər. Oyunçular psixoloji təzyiq altındadır. Otaqdan çıxa bilmirik. Bu gün Bakı vaxtilə saat 13:00-da oyunumuz olmalıydı, amma təxirə salındı. Saat 14:00-da test götürəcəklər”.

Newsport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43