19 Sentyabr 2024
Ölkə futbolu

“Oynadığımız liqalarda yüksək yerləri hədəfləyirik” – Ruslan Qurbanov

“5 illik strategiyamız var. Addım-addım inkişaf etmək istəyirik. Öncə cavan uşaqların inkişafı üçün çalışacağıq. Onların turnirlərdə iştirakı, təcrübə toplaması və s… Bu proses getdikcə klubun inkişafına da təsir edəcək. Oynadığımız liqalarda yüksək yerləri hədəfləyirik. Düzdü, rəqiblərimiz də iddialıdı”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında yeni mövsümdən Region Liqasında mübarizə aparacaq “AtiDel” klubunun vitse-prezidenti Ruslan Qurbanov deyib.

Klub funksioneri komandanın ev oyunlarını “ASK Arena”da keçirəcəyini də vurğulayıb:

“Hazırda komandada baxış mərhələsidi. Yeni oyunçuların kluba cəlb olunması yönündə seçimlər gedir. Yeni mövsümə tam hazır olmaq üçün işləri sürətləndirmişik. “AtiDel” ev oyunlarını “ASK Arena”da keçirəcək. Əsas meydançada rəqiblərimizi qəbul edəcəyik. Ümumiyyətlə isə stadionla bağlı gələcəkdə planlarımız var. Süni meydança amili bizi də narahat edən məqamlardandı. Təbii ki, gələcəkdə stadionla bağlı müəyən planlarımız var”.

Qurbanov daha sonra sözlərinə belə davam edib:

“Ölkədə problemli məsələlərdən biri də uşaq futboludu. “AtiDel” olaraq bu problemin həlli istiqamətində də klub olaraq öz töhvəmizi vermək istəyirik. Artıq komanda tanıdığımız mütəxəsssis Mahir Həsənova tapşırılıb. Bu təyinat reallaşanda mən sevinmişdim ki, futbolu bu qədər gözəl bilən bir adam komandanın baş məşqçisi olacaq.

Ümumiyyətlə çalışacağıq ki, hər şey qaydasında getsin. Bizim klubun fəaliyyyəti “Şəfa” komandasının fəaliyyətinə birbaşa bağlıdı. Hər halda eyni bazada məskunlaşacağıq. “AtiDel” komandasının birbaşa “Şəfa” klubu ilə bağlılığı var. Biz Avropa təcrübəsindən yararlanmaq və Azərbaycan futbolunda müsbət işlər görmək üçün çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43