11 Yanvar 2025
Kateqoriyasız

“Oyun heç-heçə də bitə bilərdi” – Azər Bağırov

“Kəpəz” Misli Premyer Liqasının 17-ci turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük. İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43