Ölkə futbolu

Oyunlar sükutla başlayacaq – AFFA açıqladı

Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43