Topaz Premyer Liqasının 17-ci turunda “İnter” doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlindəki mövqeyini möhkəmləndirdi.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyunumuz alınmır, qələbə qazana bilmirik. Səbəbini bilmirəm. Hücum xəttindən narazıyam. Rəqibin cərimə meydançasına qədər gəlirik, lakin son ötürmələrdə, qapıya zərbələrdə qeyri-dəqiqlik var. Oyundan və nəticədən narazıyam”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bugünkü oyunda qələbə qazanmaq vacib idi. 3 xalı qazandığımız üçün şadam. Komandamı təbrik edirəm. “Sumqayıt” komandası əsasən gənc futbolçulardan təşkil olunub, sevindirici haldır ki, sonadək mübarizə apardılar, əzmkar oyun göstərdilər. Lakin bu gün “İnter” rəqibindən üstün idi”.