Niderland birinci divizionun 23-cü turunun bir sıra oyunları baş tutub.
İdmanxeber.az xəbər verir ki, millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” doğma meydanda “Maastrixt”a 0:3 hesabı ilə məğlub olub.
Kökçü meydana start heyətində çıxıb və sona qədər oynayıb.
“Eyndhoven” 30 xalla 13-cü pillədədir.