21 Sentyabr 2024
Dünya futbolu

Ozan Can oynadı, komandası uduzdu

Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün də formasını geyindiyi  “Eyndhoven” evdə “Venlo” ilə qarşılaşıb. Qonaqlar görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb.

Ozan Can Kökçu bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 

Qeyd edək ki, “Eyndhoven” hazırda çempionatın turnir cədvəlində 21 xalla 10-cudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43