London məhkəməsində “Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinə hökm oxunub.
İdmanxeber.az-ın məlumatına görə, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.
Məhkəmə qarşısına çıxan E.Smit və C.Nortover günahlarını etiraf ediblər.
Xatırladaq ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. Kolaşinaç və yaxınlıqdakı restoranda çalışanların səyi nəticəsində soyğunçular heç bir qənimət əldə edə bilmədən qaçmışdılar.