22 Sentyabr 2023
Dünya futbolu

Özil Çempionlar Liqasının ən yaxşı “11-liy”ini açıqladı

“Real”ın və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Məsut Özil qarşıdan gələn Çempionlar Liqası üçün xəyal etdiyi komandanın necə görünəcəyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu turnir üçün ideal heyətini açıqlayıb:

Qapıçı: Manuel Noyer (Bavariya).

Müdafiəçilər: Ruben Dias (Mançester Siti), Serxio Ramos (Sevilya), Antonio Rudiger (Real Madrid).

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”), Rodri (“Mançester Siti”), İvan Rakitiç (“Sevilya”), Leroy Sane (“Bavariya”), Bukayo Saka (“Arsenal”).

Hücumçular: Kilian Mbappe (PSJ), Erlinq Haaland (Mançester Siti).

Çempionlar Liqasının qrup mərhələsi sentyabrın 19 və 20-də start götürü. Turnirin finalı iyunun 1-də, Londonda Uembli stadionunda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43