Dünya futbolu

Özil tam hazırdı

“Arsenal”ın futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə matçda 90 dəqiqə oynaya biləcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O, alman yarımmüdafiəçinin sözügedən matça tam hazır olduğunu bildirib.

Qeyd edək ki, Özil zədə səbəbindən klubunun 2 oyununu buraxıb. Almaniya millisinin yarımmüdafiəçisi DÇ-2018-in seçmə mərhələsində yığmamıza qarşı matçda 20 dəqiqə oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43