Kateqoriyasız

Ozobiç: “Azərbaycan Xorvatiyaya qarşı müdafiədə oturmayacaq”

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkə mətbuatına müsahibə verib. Ozobiç milli komandamızın seçmə mərhələdə Xorvatiyaya rəqib olmasından da danışıb.O, hazırki dönəmdə Xorvatiyanın çox güclü olduğunu bildirib.

“Asan rəqib yoxdur. Bunu hamımız bilirik. Təbii ki, hazırkı vəziyyətdə Xorvatiya çox güclü komandadır. “Qarabağ”ın və milli komandanın baş məşqçiləri eyni adamdır. O, klubda kifayət qədər uğurlu işlər görüb. Düşünmürəm ki, Azərbaycan Xorvatiyaya qarşı yalnız müdafiədə oturacaq.  Baş məşqçi millidə də öz oyun sistemini tətbiq etmək istəyir. Bunun üçün ona vaxt lazımdır”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43