Yaxın keçmişin ən məşhur hücumçusu brazilyalı Ronaldo bildirib ki, PSJ-nin idman direktoru vəzifəsində çalışa bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “yekədiş” “sambaçı” məlumat verib:
“Mən bunu istisna etmirəm ki, gələcəkdə PSJ-nin idman direktoru olacam. Bu klubun rəhbərliyi ilə yaxşı münasibətlərim var. Amma mən əvvəlcə “Dünya Çempionat-2014″dəki işimi qurtarmalyam”. – brazilyalı bildirib.
Xatirladaq ki, Ronaldo artıq Fransa klubunun könüllü səfiridir.