“Konyaspor”un mənimlə öncədən də maraqlanmışdı. “Dinamo”nun buraxmaq niyyəti yox idi. Ancaq özümüm də orada oynamağa maraqlı idim. Menecerim fikrimi öyrənəndən sonra bu işlə məşğul oldu. Sonda isə bu keçid alındı”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli “Konyaspor”a transferi barədə “CBC Sport”a danışarkən deyib. O, Zaqreb klubunda niyə oynamadığını bilmədiyini açıqlayıb:
“Dinamo”da stabil çıxış edə bilmirdim. Oynamama səbəbini deyim ki, mənim tərəfimdən heç bir problem yox idi. Üzərimə düşən hər şeyi düzgün şəkildə yerinə yetirirdim. Sadəcə, baş məşqçinin qərarı belə idi. Sözdə bir şey eşidirdim, əməldə ayrı münasibət görürdüm”.
Emreli gələcək karyerası ilə bağlı bunları deyib:
“Bu gün “Konyaspor”un uğuru üçün çalışacam. Gələcəkdə nələr olacağını görəcəyik. Hansısa klubda oynayanda heç vaxt başqa komanda barədə düşünmürəm. Doğrusu nədirsə, onu etməyə çalışacam. Əsas komandaya faydalı olmaqdır. Diqqət çəkmək sonrakı məsələdir”.
İdmanxeber.az