07 Dekabr 2024
Kateqoriyasız

“Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin bu gün “Bakcell Arena”da mətbuat konfransı keçirilib.

İdmanxeber az xorvatiyalı mütəxəssisin fikirləri ilə sizi tanış edir:

“Əvvəlki toplanışla indiki hazırlıq prosesi arasında fərq böyükdür. Bu dəfə hazırlaşmaq üçün daha çox vaxtımız olacaq. Ancaq işimiz bir qədər qəlizdir. Bəzi futbolçularımız sonuncu dəfə mayın 11-də, bir qismi isə mayın 19-da rəsmi oyun keçirib. 16 nəfərlə hazırlığa başlamışıq. Qarşıdakı günlərdə digər oyunçuların məşqlərdə iştirakı təmin olunacaq. Ölkə xaricində çıxış edən futbolçular isə FİFA-nın pəncərəsinə uyğun olaraq Bakıya gələcəklər və son bir həftədə ümumi say 27 nəfərə çatacaq. Oyunların əhəmiyyətini hamımız dərk edirik. Futbolçularla söhbət zamanı da bunu duyuruq. Komandada əhval-ruhiyyə yaxşıdır. Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid edirik. Bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq ki, uğurlu olaq. Özümüzdən razı olmaq üçün əsasımız yoxdur. Futbolçuların vacib oyunlaröncəsi zədələnməyəcəyinə, tam heyətlə meydana çıxacağımıza inanıram. Toplanış müddətində iyunun 1-də U-21 milli komandası ilə yoxlama oyunu keçirəcəyik. Bu qarşılaşmaya da tam heyətlə çıxa bilməyəcəyik. Çünki bir neçə futbolçumuz komandaya iyunun 3-də qoşulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43