Ölkə futbolu

“Palmeyras”ın sabiq futbolçusu “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran" növbəti transferini reallaşdırmaq üzrədir.

İdmanxeber.com saytı olaraq sizə əvvəlcədən xəbər vermişdik ki, "Xəzər Lənkəran" 3 yarımmüdafiəçi transfer edəcək. Bunlardan artıq birinin adı məlumdur.

Belə ki, yaxın zamanlarda braziliyalı futbolçu Devid Sakkoni cənub təmsilçisi ilə müqavilə imzalayacaq. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 1.74 sm boya malikdir.

Qeyd edək ki, "Quarani" klubunun yetirməsi olan italyan əsilli futbolçu, sonralar "Palmeyras", "Qoyas", "Qremio", "Nautiko" , "Braqantino" "Neqanda Sentai" kimi klublarda çıxış edib. Son illərdə isə keçmiş klubu "Braqatino"ya geri qayıdıb.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43