10 Oktyabr 2024
Kateqoriyasız

“Panatinaikos”un futbolçusu Bakıda qalası oldu

“Hər iki komandanı yaxşı oyuna görə təbrik edirəm. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Oyunçularım bacardıqlarını etdilər. Bu oyun bitdi və artıq cavab matçı haqda düşünürük. Bu 10 gündə 4 ağır oyun var, bu gün onlardan geridə qoyduq. Azərbaycan xalqına xoş münasibətə görə təşəkkür edirəm. Güman edirəm, eyni münasibəti Afinada biz göstərə biləcəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

“Ağ-yaşıllar”ın çalışdırıcısı qabırğasındna zədələnən futbolçusunun onlarla birgə Afinaya dönməyəcəyini bildirib:

“Zədəli futbolçumuz bir gün xəstəxanada qalmalıdır. Bu isə o deməkdir ki, o, Afinaya bizimlə qayıtmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43