29 Sentyabr 2024
Dünya futbolu

“Panikaya düşmədik, qələbəyə inanırdıq” – Arteta

“Arsenal” Premyer Liqanın 21-ci turunda “Mançester Yunayted”i 3:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından London klubunun baş məşqisi Mikel Arteta oyun barədə fikirlərini bildirib. O, komandasının mübarizəsindən razı qaldığını söyləyib:

“Emosional, ehtiraslı bir qarşılaşma oldu. Daha yaxşısını etmək çətindir. Komandamın ikinci hissədəki performansı çox əla idi. Yaxşı mübarizə apardıq. Panikaya düşmədik, qələbəyə inanırdıq. Dəfələrlə rəqibin cərimə meydançasında təhlükə yaratsaq da, top qapıya girmirdi. Xoşbəxtlikdən bunu bacardıq. Bu mövsümə belə başlamağımız əladır, oyunumuz sayəsində buna layiqik. Ancaq hələ də bir çox şey cəhətdən inkişaf etməliyik”.

“Arsenal” 50 xalla turnir cəvəlində birinci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43