Premyer Liqa

Pantiç: “Ədalətli nəticə oldu”

Bu gün Premyer Liqanın 25-ci turun son matçında "Qarabağ" doğma meydanda "Bakı"nı darmadağın edib 4:0

Oyundan sonra qonaqların baş məşqçisi Milinko Pantiç rəqibin daha güclü olduğunu etiraf edib:

"Ədalətli nəticə oldu. Çempionatın ən yaxşı komandası qələbə qazandı. “Qarabağ”ın çox keyfiyyətli oyunçuları var. Bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir. Yaratdıqları 5-6 qol epizodundan 4-nü qola çevirdilər. Biz isə yaratdığımız epizodardan yararlana bilmədik. Fikrimcə, “Qarabağ” bu il çempion olacaq. Avroliqada iştirak etmək üçün sona kimi mübarizə aparacağıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43