Premyer Liqa

Pantiç havadan, Qədirov 5 qol buraxan qapıçıdan danışdı

Topaz Premyer Liqasının 3-cü turunda “Bakı” doğma meydanda “Rəvan”ı qəbul etdi. 

İlk iki turda məğlubiyyət acısı dadmış komandaların mübarizəsindən “Bakı” qalib ayrıldı – 5:0.

 Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət aldıq. İlk dəqiqələrdə qol buraxmağımız pis oldu. Aparıcı oyunçumuz Miloş Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi. 5 top buraxmağımıza baxmayaraq, qapıçımızın oyununu qeyd etməliyəm, yaxşı oynadı. Komandamız öz üzərində işləməlidir”. 

Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “İlk dəqiqələrdən sonadək komandalar mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. İsti havada oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43