Ölkə futbolu

PAOK – “Qarabağ” matçına neçə bilet satılıb?

Bu gün Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ" Yunanıstanda PAOK-un qonağı olacaq.

İdmanxeber.com-un Salonikiyə ezam olunmuş əməkdaşının məlumatına görə, PAOK- "Qarabağ" matçına 16 min bilet satılıb. Bilet satışı oyun başlayana qədər davam edəcək.
Xatırladaq ki, Salonikinin "Tumba" stadionunda keçiriləcək PAOK – "Qarabağ" matçı saat 00:05-də start götürəcək.
 
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43