İdman Kateqoriyasız

Paralimpiadada 11-ci qızıl medalı qazandıq

Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

O,100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

İsrafilov həm də paralimpiada rekordunu qırıb. 19 yaşlı idmançı ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşüb.

Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43