17 Sentyabr 2024
İdman

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırdı

Bu gün Azərbaycanın daha bir cüdoçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

İdmanxeber.az xəbər verir ki, bu dəfə 81 kq çəki dərəcəsində Zelim Tskayev tatamiyə çıxıb. Milliləşdirilmiş osetiyalının 1/16 finalda rəqibi Fransa idmançısı Alfa Umar Calo olub. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Bununla da Zelim Tskayev mübarizəni erkən başa vurub.

Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Daha əvvəl onlardan 4-ü mübarizəni dayandırıb. Hidayət Heydərov isə Olimpiya çempionu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43