22 Sentyabr 2024
İdman

Paris-2024: Azərbaycan idmançısı qələbə ilə başladı

Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb. Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.

Paris-2024 avqustun 11-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43