Olimpiya Oyunlarında güləş yarışlarına start verilib.
İdmanxeber.az xəbər verir ki, bu gün 2 yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.
Murad Məmmədov (60 kq) 1/8 finalda venesuelalı Rayber Rodrigesə 5:6 hesabıyla məğlub olub.
Sabah Şəriəti (130 kq) startda estoniyalı Heiki Nabiyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda qazaxıstanlı Alimxan Sidakovdan güclü olub – 4:0. Sabah yarımfinalda kubalı Mixain Lopeslə qarşılaşıb. 4 qat olimpiya və 5 qat dünya çempionuna uduzan (1:4) Şəriəti sabah bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.