16 Noyabr 2024
İdman

Paris-2024: Mariya Stadnik 1/4 finalda uduzdu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısının budəfəki rəqibi monqolustanlı Otqonjarqal Dolqoryav olub.

Görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Dolqoryav finala çıxsa, güləşçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43