Kateqoriyasız

“Partizan” Bakıya bu heyətlə gəlir

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah “Neftçi”nin qonağı olacaq “Partizan” klubu Bakıya yola düşüb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqrad təmsilçisi çarter reysi ilə paytaxtımıza gəlir.

“Partizan”ın baş məşqçisi Marko Nikoliç “Neftçi” ilə oyunda 19 futbolçunun xidmətindən yararlanacaq. Bakıya gələcək həmin futbolçuların adları bəllidir.  

Qapıçılar: Milan Lukaç və Zivko Zivkoviç

Müdafiəçilər: Miroslav Vuliçeviç, Qulan, Miloş Ostoyiç, Nemanja Petroviş, Voyislav Stankovic, Branko İliç

Yarımmüdafiəçilər: Saşa İliç, Petar Qrbic, Darkor Brasanaç, Nikola Drinçiç, Andriya Zivkoviç, Danilo Pantiç, Nikola Ninkoviç, Saşa Markoviç

Hücumçular: Lazoviç, Petar Skuletiç, Fofana

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Belqradda baş tutan görüş 3:2 hesabı ilə Serbiya təmsilçisinin xeyrinə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43