Kateqoriyasız

“Partizan” “Neftçi” ilə görüş öncəsi itki ilə üzləşdi

Avroliqanın pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq olan “Partizan” klubu itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Serbiya çempionatının son turunda “Radniçki Nis” klubu ilə matçın (4:1) ilk hissəsində zədələnən Belqrad təmsilçisinin müdafiəçisi Vladimir Volkov oyunu davam etdirə bilməyib. Həkim müayinəsindən sonra futbolçunun ən az 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu o deməkdir ki, futbolçu “Neftçi” ilə avqustun 21 və 28-də keçiriləcək oyunlarda iştirak etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43