Avroliqanın pley-off mərhələsində “Neftçi”yə rəqib olan “Partizan” klubunda vəziyyət pisləşib.
İdmanxeber.com-un məlumatına görə, 4 aya yaxındır maaş almayan futbolçular dünən axşam məşqini boykot ediblər bu yolla futbolçular klub rəhbərliyinə narazılığını göstəriblər. Nəticədə tərəflər danışıqlar masasına əyləşiblər. Lakin klub nümayəndələri kapitan Saşa İliçin başçılıq etdiyi futbolçulara birmənalı şəkildə mövqeyini göstərib. Klub oyunçulara vermək üçün indi pulunun olmadığını açıqlayıb. Bundan sonra komandanın vəziyyətinin necə olacağı hələki sual altındadı.